GÖYGÖL, 5 oktyabr. TELEQRAF

Göygöldə yol qəzasında xəsarət alan şəxsin kimliyi bilinib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, iki minik avtomobili toqquşub. Nəticədə 1977-ci il təvəllüdlü Təyyar Orucov xəstəxanaya yerləşdirilib. Daha üç nəfərin vəziyyətləri stabil olduğu üçün evə buraxılıb.

Faktla bağlı araşdırma başlanılıb.

***

21:35

Göygöldə yol - nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.