BAKI, 15 dekabr. TELEQRAF

2025-ci ilin hazırlıq planına əsasən, “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar Quru Qoşunlarının hərbi hissələrində silsilə tədbirlər keçirilib.

Bu barədə Teleqraf-a Müdafiə Nazirlitindən məlumat verilib.

Tədbirlər zamanı Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilməsinin önəmini qeyd ediblər. Bildirilib ki, bu qərar hüquqi, siyasi və ictimai sahələrdə xüsusi əhəmiyyət daşıyır və ölkənin inkişaf prosesinə mühüm töhfələr verir.
Tədbirlərin davamında Ali Baş Komandanın rəhbərliyi altında Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə, bu Zəfərin əldə olunmasında xalqın misilsiz birliyi və igid döyüşçülərimizin qəhrəmanlıqları xatırlanıb, şəhidlərin əziz xatirəsinin hər zaman hörmətlə anılacağı vurğulanıb.
Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işlərinin, eləcə də Böyük Qayıdışın dövlətimizin və xalqımızın Vətən torpaqlarına verdiyi yüksək dəyərin bariz nümunəsi olduğu diqqətə çatdırılıb.