BAKI, 15 dekabr. TELEQRAF
Bu gün Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündə Aİ-nin Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hansı formada dəstək göstərə biləcəyi müzakirə olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas jurnalistlərə açıqlamasında bildirib.
K. Kallas deyib ki, Ermənistanda qarşıdan gələn seçkilər nəzərə alınaraq, Aİ-nin hansı formada dəstək göstərə biləcəyi müzakirə olunacaq:
"Ermənistanda yaxın zamanda seçkilər keçiriləcək. Necə kömək edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan bizdən Moldovaya göstərdiyimizə bənzər yardım istəyib – xarici zərərli təsirlərə qarşı mübarizə istiqamətində".