BAKI, 15 dekabr. TELEQRAF

2025-ci ilin yanvar-noyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2% azalaraq 23,6 min nəfər olub.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövr ərzində bu nəqliyyat növü ilə 8334,4 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1% çox yük daşınıb.

Yüklərin 46,8 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 11940,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 9480,8 min tonunu və ya 79,4%-ni tranzit yüklər təşkil edib. 2025-ci il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 431,3 min ton olub.