BAKI, 15 dekabr. TELEQRAF
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Ukraynanın NATO-ya üzvlüyü məsələsinin artıq gündəmdə olmadığını deyib və bu halda Aİ-nin Kiyevə ciddi təhlükəsizlik təminatları verməli olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə K. Kallas Aİ xarici işlər nazirlərinin toplantısına gələrkən jurnalistlərə açıqlamasında deyib.
"Əgər NATO-ya üzvlük artıq müzakirə olunmursa, o zaman Avropa İttifaqı Ukrayna üçün kağız üzərində deyil, real təhlükəsizlik təminatları hazırlamalıdır. Bu, real qoşunlar və real hərbi imkanlar deməkdir",- o vurğulayıb.