BAKI, 15 dekabr. TELEQRAF

Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub.

Teleqraf xəbər verir ki, o, bu barədə feysbuk hesabında paylaşım edib.

Gültəkin Hacıbəyli 3 gün öncə saxlanıldığı Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinə gətirildiyini bildirib.

Qeyd edək ki, Gültəkin Hacıbəyli noyabrın 30-da Türkiyədə saxlanılıb. Ondan daha öncə isə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli və onun müşaviri Məmməd İbrahim saxlanılıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Onların həbsi
Prezident Admistrasiyasnın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə davam edən istintaqla bağlıdır.