BAKI, 15 dekabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, yeni tədbirlər 14 fiziki şəxs və şirkəti əhatə edəcək və Avropa İttifaqının Rusiya əleyhinə sanksiyalarının 20-ci paketinin tərkib hissəsi olacaq.

Sanksiyalar həmçinin "kölgə donanması" kimi tanınan strukturla əlaqəli subyektlərə qarşı tətbiq olunacaq.