BAKI, 3 oktyabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Kiyevin nəzarətində olan hissəsində 50 kilometrlik müdafiə xətti yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, müdafiə kəməri Rusiyanın PUA-larına qarşı yaradılıb.

Nəşrin jurnalistlərindən biri bölgəyə səfəri zamanı Ukrayna hərbçilərinin yaşayış məntəqələri arasındakı yollarda PUA-lara qarşı maneələr yaratmağa çalışdıqlarını bildirib.

Qeyd olunur ki, Ukrayna hərbçiləri texnika və mövqelərini kamuflyaj etməyə, topa halda durmaqdan yayınmağa çalışır.