BAKI, 2 oktyabr. TELEQRAF

Rusiya hər şeyin çox sürətlə dəyişdiyi bir dövrdə yaşayır. Hər şey köklü şəkildə dəyişir. Biz hər şeyə hazır olmalıyıq.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışında bildirib.

"Bizim heç birimiz gələcəyi tam olaraq görə bilmərik, lakin bu, bizi baş verə biləcək hər hansı bir şeyə hazır olmaq məsuliyyətindən azad etmir. Zamanın və son hadisələrin göstərdiyi kimi, biz hər şeyə hazır olmalıyıq", - Rusiya lideri bildirib.

Putin əlavə edib ki, risklər “son dərəcə yüksəkdir”.

Rusiya lideri həmçinin xatırladıb ki, Kreml iki dəfə Şimali Atlantika Alyansına qoşulmağa hazır olduğunu bəyan edib, lakin hər dəfə bundan imtina edilib: "Rusiyanın NATO-ya hücum planlaşdırdığına inanmaq mümkün deyil, lakin onlar (Avropa liderləri) öz xalqlarını buna inandırmağa çalışırlar. Avropanın hakim elitası ruslarla müharibənin guya uzaqda olmadığı cəfəngiyatını davam etdirirlər".