BAKI, 1 oktyabr. TELEQRAF

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT ) üzv ölkələrin Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməməsi ölkənin bu birlikdən çıxmasını şərtləndirib.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib:

“2022-ci ildə biz anlayanda ki, KTMT bizim qarşımızda öhdəliklərini yerinə yetirməyib, yerinə yetirmir və yerinə yetirməyəcək, o an müstəqil olduq. Başa düşdük ki, yalnız özümüzə arxalana bilərik".

Baş nazirin sözlərinə görə, KTMT-nin təhlükəsizlik sistemi köpükdür.

“O, dövlətimizin qurulmasının qarşısını alan vasitədən başqa bir şey deyildi”, - Paşinyan əlavə edib.

Paşinyan daha əvvəl bəyan etmişdi ki, KTMT Ermənistan üçün problemlər yaradır.