BAKI, 30 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli ilə bağlı sülh planı Fələstin xalqına qarşı təcavüzün davam etməsinə səbəb olacaq.
Teleqraf xəbər verir ki, bu barədə “İslami Cihad” qruplaşmasının haqqında bəyanatında deyilir.
“Bu, Fələstin xalqına qarşı təcavüzün davam etməsinə səbəb olacaq. Bu yolla İsrail müharibə ilə əldə edə bilmədiklərini Amerika Birləşmiş Ştatları (ABŞ) vasitəsilə qəbul etdirməyə çalışır. Buna görə də, biz ABŞ-İsrail razılaşmasının bölgədə partlayışa səbəb olacağını düşünürük”, - qruplaşma bəyan edib.