BAKI, 29 sentyabr. TELEQRAF

Ukrayna Hərbi Hava Qüvvələrinin donanması İsveçin dördüncü nəsil "Gripen" qırıcıları ilə genişləndiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini general-leytenant İvan Qavrilyuk "BBC"yə müsahibəsində bildirib .

Onun sözlərinə görə, əlavə təyyarələrin tədarükü gözlənilir. Bunlara İsveç qırıcılarından əlavə, artıq ukraynalı pilotlar tərəfindən idarə olunan Amerika "F-16-lar"ı və Fransanın "Miragelər"i daxildir.

Eyni zamanda, general-leytenant onların nə vaxt göndəriləcəyini və nə qədər olacağını açıqlamayıb.

“Onları Ukrayna üzərində havada görəndə, o zaman biləcəksiniz" - deyə, general bildirib.