BAKI, 22 sentyabr. TELEQRAF

Avropa ölkələri Ağ Evi Rusiyaya qarşı yönəltmək cəhdlərini davam etdirirlər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

Onun sözlərinə görə, avropalı siyasilər prezident Donald Trampın başçılıq etdiyi yeni administrasiyanı anti-Rusiya kursuna qaytarmağa cəhd edirlər: "Avropa Moskva və Vaşinqtonun Alyaska sammitində əldə etdikləri razılaşmaları pozmaq istəyir" .

Avqustun 15-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın son 7 ildə ilk genişmiqyaslı görüşü keçirilib.

Sammit Alyaskada baş tutub. Liderlər sammitdə əhəmiyyətli irəliləyiş əldə etdiklərini elan etsələr də, Ukrayna üzrə heç bir sülh sazişi imzalanmayıb.