BAKI, 18 sentyabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiyadan neft alan Avropa Vaşinqtonu Çinə qarşı sanksiyalar tətbiqinə məcbur edə bilməz.

Teleqraf xəbər verir ki, Tramp "Fox News"a müsahibəsində ABŞ-nin Rusiyadan neft alan Çinə qarşı niyə sanksiyalar tətbiq etmədiyinə dair sualı cavablandırıb.

“Əgər Avropa Çinlə bağlı nəsə etsəydi, məncə, Çin Ukrayna münaqişəsinə son qoymaq üçün səy göstərərdi”, - ABŞ prezidenti bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri Rusiyanın neft və qazından imtina etsə, Çin də uyğun addımı atacaq: "Çin də Avropa kimi Rusiyadan neft alır. İndi Avropanın Rusiyadan neft alan Çinə görə üzülməyimi gözləməsi qəbuledilməzdir”.