BAKI, 9 sentyabr. TELEQRAF
Bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev özünə yeni müşavir təyin edib.
Teleqraf xəbər verir ki, bu barədə sərəncam Kasım-Jomart Tokayev tərəfindən imzalanıb.
Həmin vəzifəyə Marat Aşim təyin olunub. O, Qazaxıstan Prezidentinin Protokol Xidmətinin rəisi vəzifəsini də icra edəcək.
Qeyd edək ki, Marat Aşim 2023-cü ilin martından Prezidentin Protokol Xidmətinin rəhbəridir.