BAKI, 30 avqust. TELEQRAF

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətindəki Kamışevaxa qəsəbəsini işğal edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qəsəbənin yaşayış məntəqəsi Rusiya ordusunun “Şərq” qüvvələri qrupunun bölmələri tərəfindən nəzarətə götürülüb.

Ukrayna Silahlı Qüvvələri 250-dən çox hərbçi, iki döyüş zirehli texnikası, altı avtomobil və ikisi Qərb istehsalı olan altı səhra artilleriyasını itirib. Bundan əlavə, anbar da dağıdılıb.