BAKI, 30 sentyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib.
Teleqraf xəbər verir ki, Təhlükəsizlik Şurasının üzvlərindən əlavə, iclasda Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və Milli Məclisin sədri Ruben Rubinyan da iştirak edib.
İclasda Təhlükəsizlik Şurasının səlahiyyətləri ilə bağlı məsələlər müzakirə olunub.