BAKI, 30 sentyabr. TELEQRAF
Azərbaycanla Böyük Britaniya arasında strateji tərəfdaşlıq əlaqələrinin yeni mərhələsi müzakirə olunub.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın ölkəmizdəki yeni səfiri Dunkan Norman sosial şəbəkə hesabında paylaşım edib.
Diplomat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın müdafiə naziri Vernon Koaker görüşüb:
"Görüş zamanı tərəflər təhlükəsizliyin gücləndirilməsi, iqtisadi artım və innovasiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər".