BAKI, 20 avqust. TELEQRAF
NATO-nun hərbi liderləri Ukrayna ilə bağlı görüş hazırlayır.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Antonio Kosta bildirib.
Belə ki, Avropa İttifaqı ABŞ ilə birlikdə Kiyevə “NATO-nun 5-ci maddəsinə” bənzər təhlükəsizlik zəmanətləri vermək niyyətindədir. Onlar Kiyevə silah tədarük etmək və Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək istəyirlər.
"Reuters" xəbər verir ki, bu gün NATO hərbi rəhbərləri Ukraynadakı vəziyyəti və gələcək addımları müzakirə edəcəklər. Müzakirələrdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn onlayn rejimdə iştirak edəcək. NATO-nun Baş Qərargah rəisi Aleksus Qrinkeviç isə ABŞ və Rusiya Prezidentləri Donald Trampla Vladimir Putinin görüşünün nəticələri barədə qərargah rəislərinə məlumat verəcək.