BAKI, 15 avqust. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Alyaskada Rusiya və ABŞ liderləri arasında aparılacaq danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "TF1" telekanalı Yelisey sarayına istinadən məlumat yayıb.

Bildirilir ki, görüş Alyaskadakı danışıqlardan sonra və tərəflərin cədvəlinə uyğun olaraq keçiriləcək.