BAKI, 11 avqust. TELEQRAF

Amerika Birləşmiş Ştatları Çin mallarına tətbiq edilən yeni tarifləri daha 90 gün uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə CNBC Amerika administrasiyasına istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp müvafiq sənədi dünən imzalayıb. Tarif üçün əvvəlki müddət avqustun 12-də başa çatır.

ABŞ-Çin ikitərəfli ticarət danışıqları 28-29 iyul tarixlərində Stokholmda baş tutub. Məsləhətləşmələrdən sonra tərəflər tarifləri daha üç ay uzatmaq barədə razılığa gəliblər.