BAKI, 3 avqust. TELEQRAF
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndə heyəti gələn həftə Tehrana səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqlarda məsələnin siyasi tərəfi diqqət mərkəzində olacağından nümayəndə heyətinə müfəttişlər daxil olmayacaq.
Tərəflərin agentliklə əməkdaşlığın dayandırılması ilə bağlı parlamentin qəbul etdiyi qanunun icra mexanizmlərini müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, iyulun 2-də İran prezidenti Məsud Pezeşkian MAQATE ilə əməkdaşlığı dayandıran qanunu imzalayıb.