BAKI, 29 iyul. TELEQRAF
"Bizdə vətəni satmaq cinayətdir".
Teleqraf xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat katibi Mariya Zaxarova ABŞ zabitinin Komandor adalarını Rusiyadan almaq üçün verdiyi təklifi şərh edərkən bildirib.
Zaxarova belə bir təklif haqda şərh verməyin artıq olduğunu qeyd edib: "Ölkəmizdə vətənin satılması həm mənəvi, həm də hüquqi baxımdan cinayətdir".
***
11:49
ABŞ Quru Qoşunlarının polkovnik-leytenantı Ceffri Frits Rusiyadan Komandor adalarının alınmasını təklif edib.
Teleqraf xəbər verir ki, o, bu barədə "Breaking Defense" portalında yayımlanan məqaləsində yazıb.
Onun sözlərinə görə, bu adalar alınsa ABŞ Çinin Arktikada mümkün sualtı fəaliyyətini izləyə bilər.
"ABŞ 15 milyard dollar qarşılığında bu adaları alaraq Arktikada təhlükəsizliyini gücləndirə və bölgədə liderliyini göstərə bilər".
Frits qeyd edib ki, Çin sualtı qayıqları Berinq boğazından keçərək Arktikaya daxil ola bilər və bu, ABŞ şəhərləri üçün təhlükə yarada bilər.
Onun fikrincə, Komandor adalarının alınması ABŞ-a həmin bölgədə müşahidə sistemləri yerləşdirmək imkanı verərdi.
Rusiyanın şərqində Sakit okeanın Berinq dənizinin cənub-qərbində yerləşən arxipelaqın ərazisi 1.846 km² təşkil edir. Arxipelaqda 600-dən çox adam yaşayır.