BAKI, 27 iyul. TELEQRAF

1970-ci illərdə Rusiya Prezidenti Vladimir Putin dostları ilə kaskadyor kimi çəkilişlərdə iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti məlumat yayıb.

Sankt-Peterburq Dövlət Dəniz Texniki Universitetinin döyüş sənəti mərkəzindəki fotoşəkillər Putinin kaskadyorluqla məşğul olduğunu təsdiqləyir.

“Vedomosti” Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova Putinin həqiqətən gəncliyində kaskadyorluqla məşğul olub-olmaması ilə bağlı sorğu göndərib.