BAKI, 25 iyul. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyulun 29-da rəsmi səfərlə Türkiyəyə gedəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Akorda" məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində Ankarada hər iki ölkənin rezidentləri arasında danışıqlar aparılacaq.
Bundan əlavə, lidərlər Qazaxıstan-Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını keçirəcəklər.