BAKI, 24 iyul. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron sağçı bloger Kandase Ovensə qarşı məhkəmə iddiası qaldırıblar.
Teleqraf xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Bloger Fransanın birinci xanımının kişi doğulduğunu iddia edib.
“Bricit kişi doğulub, sonradan özünü qadına çevirib” deyən blogerə qarşı şikayət 22 səhifədən ibarətdir.
Makronlar bildiriblər ki, yalanlar arasında 72 yaşlı Bricit Makronun guya Jan Mişel Trenye adı altında doğulduğuna dair iddia da var. Halbuki bu, Bricitin böyük qardaşının adıdır.
“Makronlar hər dəfə evlərini tərk edəndə bilirlər ki, saysız-hesabsız insanlar bu alçaq iftiraları eşidiblər və onların çoxu onlara inanır”, – iddiada deyilir. “Bu, qeyri-insani və tam ədalətsizlikdir.”
Ovens e-poçtla göndərilən şərh sorğularına cavab verməyib.