BAKI, 21 iyul. TELEQRAF

Böyük Britaniyanın müdafiə naziri Con Hili iyulun 21-də Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında Kiyevə hərbi dəstəyi artırmaq planlarını açıqlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə "The Telegraph"şri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Hili müttəfiqlərini Vladimir Putini danışıqlar masasına oturtmaq üçün Ukraynaya hərbi dəstəyi yenidən artırmağa çağıracaq. London silah tədarükü üçün “50 günlük kampaniya”nın qəbul edilməsi təşəbbüsü ilə çıxış edir.

Almaniya və Böyük Britaniyanın Berlindən 170 milyon avroya hava hücumundan müdafiə raketləri almağa razılaşacağı gözlənilir.