BAKI, 21 iyul. TELEQRAF
Polşa Prezidenti Anjey Duda jurnalistlərə bacarığını nümayiş etdirmək istəyərkən sörfinq taxtasından dənizə yıxılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Fakt” qəzeti məlumat yayıb.
Qəzet yazır: "Dənizə çıxandan sonra Duda taxtanın üstündə qalmağa çalışsa da, bacarmayıb və yıxılıb. Təcili yardım xidmətinin əməkdaşları ona köməyə gəliblər".
Hadisə Hel yarımadasındakı Yastarnya şəhərindəki Yurata çimərliyinin yaxınlığında baş verib.