BAKI, 21 iyul. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron (19%) və Baş nazir Fransua Bayrunun (18%) bəyənmə reytinqi Beşinci Respublika tarixində ən aşağı həddə düşüb.

Teleqraf xəbər verir ki, "Journal du Dimanche" Ifop sorğusunun nəticələrinə əsasən belə yazıb.

Tandemin ümumi balı 37 bal təşkil edib ki, bu da 2014-cü ildə Fransua Olland və Manuel Valsın nəticələrindən (51 bal) aşağıdır.

Makronun reytinqi 2022-ci ildən bu yana 12 bal itirərək 49%-ə düşüb.

Tədqiqatın müəllifləri qeyd edirlər: "Makron reytinqi 20%-dən aşağı düşmüş ilk prezident kimi tarixə düşüb".