BAKI, 19 iyul. TELEQRAF
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya hərbi yardımın davam etdirilməsini dəstəkləyib.
Teleqraf xəbər verir ki, bu barədə "Telegram"da Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak məlumat verib .
"ABŞ Nümayəndələr Palatası Ukraynaya hərbi yardımın davam etdirilməsinə səs verib", - o bildirib.
Sosial mediada isə Nümayəndələr Palatasının üzvü Don Bekon qeyd edib ki, 353 konqresmen lehinə, 76-sı əleyhinə olmaqla layihəyə səs verilib.
Buna görə də qanun layihəsi baxılmaq üçün Senata, təsdiq olunarsa, imza üçün Ağ Evə göndəriləcək.
Qeyd edək ki, Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Ukraynanın milyardlarla dollar dəyərində silah alacağını bildirib.