BAKI, 19 iyul. TELEQRAF
Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiyalar paketi qüvvəyə minib.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalı məlumat yayıb.
Sənəddə qeyd olunur ki, sanksiyalar dərc edildiyi andan qüvvəyə minir.
Bu paketə Rusiya neftinin “qiymət tavanı”nın bir barel üçün 47,6 dollara endirilməsi və onu daşıyan 105 tankerə məhdudiyyətlər, “Şimal axını” ilə bağlı hər hansı əməliyyatlara qadağa, daha 22 bankın “qara siyahı”ya salınması və bütün sanksiyaya məruz qalan Rusiya maliyyə təşkilatları üçün Aİ ilə maliyyə əməliyyatlarına tam qadağa qoyulması, habelə ixrac məhdudiyyətlərinin və fərdi hüquqi şəxslərin qara siyahılarının genişləndirilməsi daxildir.