BAKI, 17 iyul. TELEQRAF

Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Yaxın Şərqdə gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinmək lazımdır.

Xatırladaq ki, iyulun 13-də Suriyanın cənubundakı Suveyda vilayətində silahlı qruplar arasında toqquşmalar baş verib.

İyulun 16-da isə İsrail Hərbi Hava Qüvvələri Suriya Prezident Aparatını, Baş Qərargahı və Müdafiə Nazirliyini bombalayıb.