BAKI, 16 iyul. TELEQRAF

İsrailin Dəməşqə endirdiyi hava zərbələri zamanı azı 5 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yaralıların sayı artmaqdadır.

***

17:56

İsrailin Dəməşqə endirdiyi hava zərbələri zamanı 1 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yaralıların sayı 18 nəfərə çatıb.

***

17:54

İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqə növbəti dəfə hava zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd olunub ki, yenidən Prezident Sarayının yaxınlığı İsrail tərəfindən hədəf alınıb.

Bundan başqa qeyd olunub ki, Dara şəhərinə də zərbələr endirilib.

***

17:46

İsrailin Dəməşqə endirdiyi hava zərbələri zamanı 13 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.

***

17:13

"İsrailin Dəməşqə hücumları Suriyada sülh səylərini sabotaj etmək cəhdidir".

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

***

17:05

Fransa Xarici İşlər Nazirliyi İsrailin Suriyaya zərbələrini pisləyıb.

Teleqraf-ın məlumatına görə, rəsmi Paris İsraili mülki əhalini hədəf almasına son qoymağa çağırıb.

"Qətiyyətlə pislədiyimiz mülki şəxsləri hədəf alan sui-istifadələrə son qoyulmalıdır. Tərəfləri atəşkəs razılaşmasına əməl etməyə çağırırıq", - deyə məlumatda qeyd olunub.

***

13:13

İsrail Suriya Prezidentinin iqamətgahına hava zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Həmçinin qeyd olunub ki, Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa yaxın dəqiqələrdə xalqa müraciət edəcək.

Ölən və yaralananların olduğu bildirilir.

Qeyd edək ki, Suriya qoşunlarının druzların yaşadığı Suveydə şəhərinə girməsindən sonra İsrail qoşunları çıxartmaq barədə ultimatum vermiş və Suriyanı hərbi güc tətbiqi ilə hədələmişdi.