BAKI, 10 iyul. TELEQRAF
Ukraynanın hazırkı müdafiə naziri Rüstəm Umerov ölkəsini Amerika Birləşmiş Ştatlarında təmsil edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidneti Volodimir Zelenski bildirib.
O deyib ki, R.Umerovun ölkənin ABŞ-dəki səfiri vəzifəsinə təyinatı variantını nəzərdən keçirir.
Ukrayna prezidentinin sözlərinə görə, yaxın vaxtlarda ölkənin Vaşinqtondakı səfirinin dəyişməsi qaçılmaz olacaq.
Xatırladaq ki, R.Umerov Rusiya tərəfi ilə sülh danışıqlarında Ukrayna nümayəndə heyətinə başçılıq edib.