BAKI, 10 iyul. TELEQRAF

Ötən gecə Rusiya Ukraynaya qarşı 10 saata yaxın davam edən irimiqyaslı hava hücumu edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında paylaşım edib.

Prezidentin sözlərinə görə, hücum zamanı 18 raket, o cümlədən ballistik raketlər və təxminən 400 hücum dronu istifadə olunub.

Hücumun əsas hədəfi Kiyev olub və nəticədə 2 nəfər həyatını itirib, 16 nəfərin isə yaralanıb.

"Belə hücumlara sərt cavab verilməlidir və biz məhz bunu edəcəyik", – V. Zelenski qeyd edib.