BAKI, 3 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən dərhal sonra başa çata biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Alabama ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Bu, başa çatan kimi çox tezliklə, yəqin ki, aralıq seçkilərindən dərhal sonra başa çatacaq. Neftin qiyməti kəskin şəkildə aşağı düşəcək”, - ABŞ Prezidenti deyib.
Tramp münaqişənin “bu və ya digər şəkildə” sona çatacağını da vurğulayıb.
Qeyd edək ki, oktyabrın 1-də ABŞ Prezidenti İranla münaqişənin Konqresə aralıq seçkilərindən əvvəl də başa çata biləcəyini bildirmişdi.