BAKI, 2 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp G7 liderlərinin virtual sammitində veb-kamerasını açmayan yeganə iştirakçı olub.

Teleqraf xəbər verir ki, beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol tərəfindən yayımlanan görüşün görüntülərində digər iştirakçılarla yanaşı, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, İtaliya və Kanadanın Baş nazirləri Giorgi Meloni və Mark Karni, eləcə də Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin də iştirak etdiyi görünür.

Eyni zamanda, veb-kamerasını açmayan yeganə iştirakçı Tramp idi.

Görüş qlobal enerji bazarındakı vəziyyətə və dizel yanacağı təchizatına həsr olunmuşdu. Daha sonra Tramp Avropa ölkələrinin ehtiyatlarından xeyli miqdarda dizel yanacağını çıxarmaq barədə razılığa gəldiyini açıqlayıb.