BAKI, 2 oktyabr. TELEQRAF

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında Məkkə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi Müdafiə Komitəsinin iclası yaxın gələcəkdə Ər-Riyadda keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar bildirib.

"Prinsipcə, Strateji Siyasi Müdafiə Komitəsinin iclası razılaşdırılıb və bu, çox tezliklə Ər-Riyadda keçiriləcək", - deyə Dar mətbuat konfransında bildirib. Onun sözlərinə görə, komitəyə hər ölkədən üç nümayəndə daxildir: xarici işlər nazirləri, müdafiə nazirləri və baş qərargah rəisləri. Qarşıdan gələn iclas, xüsusən də Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının Səudiyyə Ərəbistanına qarşı hücumları ilə bağlı vəziyyətə həsr olunacaq".

Pakistanın Baş naziri Şahbaz Şərif, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Türkiyə prezidenti Tayyib Ərdoğan tərəfindən 7 avqustda imzalanan Məkkə Sazişində ölkələrdən birinə edilən hücumun sazişin bütün tərəflərinə qarşı təcavüz hesab ediləcəyi nəzərdə tutulur.