BAKI, 3 oktyabr. TELEQRAF
Almaniya təmsilçisi “Borussiya Dortmund”un braziliyalı futbolçusu Yan Koutu yayda icarəyə verildiyi İtaliya təmsilçisi “Komo”ya birdəfəlik transfer oluna bilər.
Teleqraf xəbər verir ki, 24 yaşlı müdafiəçi ötən mövsüm “Borussiya Dortmund”un əsas heyətində mühüm rol oynamayıb. Bu səbəbdən Almaniya klubu onun İtaliya təmsilçisi “Komo”ya icarəyə verilməsinə razılıq verib.
İtaliya təmsilçisi Yan Koutunun performansından razıdır və onun transfer hüquqlarını almaq üçün müqavilədəki satınalma şərtindən istifadə etməyi planlaşdırır.
İcarə müqaviləsinə əsasən, “Komo” 2027-ci ilin yayında braziliyalı futbolçunu 22 milyon avro qarşılığında birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Almaniya təmsilçisi “Borussiya Dortmund” Çempionlar Liqasının III turunda oktyabrın 20-də Bakıda Azərbaycan təmsilçisi “Sabah”ın qonağı olacaq.