BAKI, 3 oktyabr. TELEQRAF
Şimali Kipr Türk Cümhuriyyətinin Girne sahillərində baş verən dəniz qəzası ilə bağlı aparılan axtarışlar nəticəsində daha bir nəfərin cəsədi tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, tapılan cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün zəruri DNT analizlərinə başlanılıb.