BAKI, 3 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranda vəziyyətin yaxşı olmadığını bildirib.
Teleqraf xəbər verir ki, Tramp bunu Ağ Evin Cənub çəmənliyində jurnalistlərin ABŞ-nin İrana münasibətdə növbəti addımları ilə bağlı sualını cavablandırarkən deyib.
“Əgər bunu sizə desəydim, böyük xəbəriniz olardı, elə deyilmi? Amma görəcəksiniz. Hər şey çox yaxşı gedir, İranda isə işlər yaxşı getmir”, – ABŞ Prezidenti bildirib.
Tramp sözlərinin nə demək olduğuna dair əlavə açıqlama verməyib.
Qeyd edək ki, oktyabrın 1-də Tramp ABŞ ilə İran arasındakı münaqişənin noyabrın əvvəlində keçiriləcək Konqresə aralıq seçkilərindən əvvəl başa çata biləcəyini yenidən bildirib.