BAKI, 3 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Alabama ştatında inşa edilən yeni körpüyə öz adının verilməsini təklif edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Alabamada tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Bəlkə, bu lənətə gəlmiş körpüyə mənim adımı verərlər və mən də bundan məmnun olaram”, - ABŞ Prezidenti deyib.
Oktyabrın 2-də Alabama ştatında Mobil çayı üzərində yeni körpünün tikintisinə başlanıldığı rəsmən elan edilib.
Layihənin ümumi dəyəri 3,2 milyard dollar təşkil edir.