GƏNCƏ, 3 oktyabr. TELEQRAF
Gəncədə qardaş və bacısı yanıq xəsarəti alıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alnıb. İlkin məlumata görə, 1996-cı il təvəllüdlü Əsmayə Əliyeva və onun qardaş 1998-ci il təvəllüdlü Taleh Əliyev kimyəvi maddədən yanıq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Hər iki şəxsə tibbi yardım göstərilib, faktla bağlı araşdırma başlanılıb.