BAKI, 3 oktyabr. TELEQRAF
İsrailli aktyor və pilot Gi Kapulnik ABŞ-nin Kaliforniya ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.
Teleqraf “Need To Know” nəşrinə istinadən xəbər verir ki, 46 yaşlı Kapulnik qəza zamanı təyyarəni idarə edib.
Məlumata görə, təkmühərrikli təyyarə Kaliforniyadakı Hesperiya hava limanının yaxınlığında qəzaya uğrayıb.
Təyyarədə Kapulniklə yanaşı, 33 yaşlı Teylor Laska da olub. Qəza nəticəsində hər iki şəxs həyatını itirib.
“Kapulnik təkmühərrikli təyyarəni idarə edərkən hava gəmisi ABŞ-nin Kaliforniya ştatındakı Hesperiya hava limanının yaxınlığında qəzaya uğrayıb”, – məlumatda bildirilib.