BAKI, 10 İYUL. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ-nin avqustun 1-dən etibarən ölkə mallarına 25 faiz rüsum tətbiq edəcəyi ilə bağlı bəyanatına cavab olaraq Prezident Donald Trampa məktub ünvanlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Tokayev ölkəsinin konstruktiv dialoqu davam etdirməyə hazır olduğunu bildirib və ticarət məsələsində kompromis əldə olunacağına əminliyini ifadə edib.

"Qazaxıstan ABŞ ilə ədalətli və proqnozlaşdırıla bilən ticarət əlaqələrinin inkişafına sadiqdir",- məktubda deyilir.