BAKI, 7 iyul. TELEQRAf
ABŞ Prezidenti Donald Tramp NATO-nun son sammitində çəkilən videolarla yenidən sosial şəbəkələrin diqqət mərkəzinə düşüb.
Teleqraf xəbər verir ki, şəkillər və videolar xüsusilə X-dəki platformalarda geniş müzakirələrə səbəb olub.
79 yaşlı ABŞ lideri, sammitdə tünd göy rəngli kostyum və ağ köynək geyinərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər siyasi xadimlərin yanında görünür. Ancaq internet istifadəçiləri, daha çox Trampın boyuna diqqət çəkərək, onun lazım olduğundan daha qısaboy olduğunu qeyd ediblər. "Mənə elə gəlir ki, Tramp həqiqətən olması lazım olduğundan 10-15 santimetr qısadır", "Ya Trampın ayaqlarını kimsə kəsib, ya da başqası olub", "Yaşlandıqca hamımız qısalırıq", "Dublram olsaydı, onu NATO-nun iclaslarına göndərərdim" kimi şərhlər izləyicilər tərəfindən yazılıb.
Bu, Trampın internetdə ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Daha əvvəl də prezidentin yeni buraxdığı “Victory 45-47” adlı ətirinin tənqid olunduğu bildirilmişdi. İndi isə bu yeni görüntülər və onun boyu ilə bağlı şərhlər daha da aktuallaşıb.