BAKI, 26 iyun. TELEQRAF
Avropa İttifaqı (Aİ) liderləri dünən keçirilən NATO Sammitində nəzərdə tutulduğu kimi, Avropanın müdafiəsini gücləndirmək və bununla bağlı məsuliyyəti öz üzərinə götürmək məqsədini təsdiqləyiblər.
Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə atılacaq birgə addımlarla bağlı oktyabr ayında keçiriləcək sammitdə yol xəritəsinin hazırlanmasını istəyiblər.
Brüsseldə keçirilən Aİ Sammitinin yekun bəyannaməsinin təhlükəsizlik və müdafiə bölməsi paylaşılıb.
Bəyanata görə, Aİ liderləri Avropanın daha suveren, öz müdafiəsi üçün daha məsuliyyətli və avtonom və koordinasiyalı şəkildə ani və gələcək təhdidlərlə mübarizə aparmaq üçün daha yaxşı təchiz edilməli olduğunu təkrarlayıblar.
Rusiyanın Ukraynada davam edən hücumlarının Aİ üçün ekzistensial təhlükə yaratdığını təkrarlayan liderlər, 2030-cu il hədəfləri çərçivəsində Avropanın müdafiə hazırlığını qətiyyətlə artırmaq məqsədini vurğulayıblar.