BAKI, 22 iyun. TELEQRAF

İranın nüvə obyektlərinə zərbələrə görə ABŞ-yə cavab verilməlidir.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

O həmçinin Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla dialoqu alqışladığını, lakin ABŞ-nin razılaşmaları pozaraq İranın nüvə obyektlərinə hücum etdiyini söyləyib.

"Əvvəlcə amerikalılar nüvə proqramımızın sülh xarakterli olduğuna əmin olmaq niyyətində olduqlarını iddia edirdilər. Biz dialoqu alqışladıq, lakin onlar təkcə razılaşmaları pozmadılar, həm də İsrail ilə tam koordinasiyalı şəkildə bizim obyektlərimizə zərbələr endirdilər", - İran Prezidenti deyib.