BAKI, 21 iyun. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla 24-25 iyunda Haaqada keçiriləcək NATO sammitində görüşə bilər.

Teleqraf TSN-ə istiandən xəbər verir ki, Ukrayna lideri Niderlanda gedəcəyinə hələ əmin olmadığını, lakin bu səfərin böyük ehtimalla baş tutacağını bildirib.

Zelenski deyib: "Sammitdən bir gün əvvəl qərar verəcəm. Sözsüz ki, bir neçə görüş keçirmək istəyirəm”.

O qeyd edib ki, Trampla görüş çox vacibdir, lakin onun Haaqaya səfəri ABŞ lideri ilə təmaslardan asılı deyil.

Məlumata görə, görüş baş tutsa, liderlər Rusiyaya qarşı sanksiyalar və təzyiqləri müzakirə edəcəklər.