BAKI, 16 may. TELEQRAF

Moskva və Kiyev atəşkəslə bağlı təkliflərini detallı şəkildə təqdim etmək barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bunu İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.

“İstanbulda keçirilən danışıqlar çərçivəsində Rusiya və Ukrayna tərəfləri atəşkəsin təmin olunması üçün öz mövqelərini yazılı şəkildə təqdim etmək və təklifləri detallı formada sənədləşdirmək barədə razılıq əldə ediblər”,- o qeyd edib.